ABŞ Cənubi Qafqazda sabitliyi pozan rol oynayır və onun arxasınca yeni ölkələri sürükləməyə çalışır.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini şərh edərkən deyib.
“Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini də demək olar. Məhz bu hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, hər cür yolla getdikcə daha çox ölkəni öz arxasınca sürükləməyə çalışır”, - Kreml nümayəndəsi bildirib.
Musavat.com