İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşağına türk adı qoymaq istədi, şəhadətnamə vermədilər - VİDEO

1086 14.01.2025 15:24 Ölkə A A

İranda daha bir azyaşlı türk adına görə şəhadətnaməsiz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə dan.magazin kanalı məlumat yayıb.

Qeyd edilib ki, İranda uşaqlara fars və ərəb adları təklif edilir. Öz körpəsinə türk adı vermək istəyənlər incidilir və onlara şəhadətnamə verilmir. 

Güney Azərbaycanda türk adına görə doğum haqqında şəhadətnaməsiz qalan Dulanayın ailəsi bu vəziyyətə etiraz edib. Azyaşlının atası Səid Sadeqifər bu barədə “Balamın adı” kampaniyasına müsahibə verib:

“Qızım Dolunay 2023-cü il noyabrın 28-də dünyaya gəlib. Həyat yoldaşımla qızımız dünyaya gəlməzdən əvvəl bu adı seçmişik. Ərdəbil əyalətinin Vətəndaşlıq Qeydiyyatı İdarəsi isə övladımıza verdiyimiz ada qarşı çıxdı. Açıq şəkildə bildirdilər ki, Dolunay türk adıdır, mənası tam ay deməkdir”.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR