İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan AZAL təyyarəsi ilə bağlı ŞOK: “QARA QUTU”da elə məlumatlar var ki... - CANLI

1184 14.01.2025 15:49 Son xəbər A A

“Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirirəm. Prezidentlər daim təmasdadırlar. Etibarlı münasibətlərimiz var. İki ölkə arasında bağlı məsələlər mövcud deyil”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan yeni, qarşılıqlı faydalı birgə layihələrin axtarışı üçün intensiv işləyirlər.

Lavrov qeyd edib ki, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq mövcuddur: "Xəzəri dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaratmışıq, ora digər Xəzəryanı ölkələri dəvət etməyi planlaşdırırıq. Təhlükəsizlik sahəsində də əməkdaşlıq edirik. İki ölkənin silahlı qüvvələri və xüsusi xidmət orqanları arasında təmaslar var".

Rusiya XİN başçısı Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib. Lavrov jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb. O, həmin məlumatların “qara qutu”ların məlumatları ilə faktiki olaraq təsdiqini tapmadığını söyləyib

Lavrov bildirib ki, Aktauda qəzaya uğrayan təyyarənin “qara qutu”ları çox maraqlı məlumatlar verib. Onun sözlərinə görə, bu, təhqiqat başa çatana qədər gözləmək vacibdir və “qara qutu” məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir. Lavrov Azərbaycan tərəfinin təyyarə qəzasının araşdırılmasında Rusiya tərəfinin iştirakını dəstəkləməsini Moskvanın qiymətləndirdiyini əlavə edib.

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub”. Bunu da Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib. Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov qeyd edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb.

Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.n "2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır”, - Rusiya XİN başçısı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirəyə başlamasına münasibət bildirərkən deyib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Azad İsazadə ilə söhbətləşir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR