Avrasiya İqtisadi Komissiyasının Kollegiyası Yaponiya, Tailand, Türkiyə və Malayziyadan tökmə alüminium təkər disklərinə 5 illik antidempinq rüsumunun tətbiqini təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı Avrasiya İqtisadi İttifaqı Komissiyası yayıb.
Məlumatda bildirilir ki, bu tədbir həm təkərli, həm də təkərsiz 13-20 düym diametrli həm yeni, həm də işlənmiş disklərə şamil ediləcək. Qərar rəsmi dərc edildiyi gündən 30 təqvim günü sonra qüvvəyə minir.
Rüsum dərəcəsi istehsalçı ölkədən asılı olaraq gömrük dəyərinin 9,38 faizindən 42,82 faizinə qədər intervalda müəyyən edilir. Maksimum rüsum Taylanddan çatdırılmalara şamil ediləcək, Yaponiyadan olan disklər üçün bu, 36,54 faiz, Türkiyədən - 35,29 faiz, Malayziyadan - minimum 9,38 faiz olacaq.
İddia olunur ki, rüsumun tətbiqi barədə qərar Alüminium İstehsalçıları, Təchizatçıları Assosiasiyasının müraciəti əsasında Avrasiya İqtisadi Komissiyasının Daxili Bazarın və İstehlakçıların Mühafizəsi Departamentinin 2023-cü il martın 1-də başlatdığı antidempinq araşdırmasının nəticələrinə əsasən qəbul edilib:
"Dempinq ölkələrinin tökmə alüminium təkər diskləri istehsalçılarının qiymət siyasəti ona gətirib çıxardı ki, bizim şirkətlər daxili bazarda payını itirmək şəraitində məhsulun satış qiymətini artıma mütənasib olaraq artıra bilmədilər. Nəticədə onların satışları rentabelsiz oldu və istehsalın rentabelliyi mənfi oldu".
Musavat.com