İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi ilə bağlı İLGİNC DETALLAR

565 14.01.2025 15:02 Siyasət A A

"ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi Vaşinqtonun Cənubi Qafqazdakı güc oyununda üstün strategiya əldə etmək səylərini əks etdirir. Bu, Co Bayden administrasiyasının timsalında baş verir. Bayden Donald Trampa hakimiyyətin təhvilində Cənubi Qafqaz üzrə yeni strategiya miras qoymaq istəyir".

Musavat.com xəbər verir ki, bu bаrədə politoloq Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

Politoloq qeyd edib ki, bununla belə, Trampın bu sənəddən irəli gələn prioritetləri icra edəcəyi sual altındadır:

"Tramp ABŞ-nin strategiyasını sürətli tempdə Azərbaycana fokuslanmaq üzərində qurmaq imkanlarını göstərə bilər. Çünki Azərbaycan Cənubi Qafqaz və onun təhlükəsizliyi strategiyasında mərkəzi rol oynayır.

Cənubi Qafqazda dəyişən tərəfdaşlıqlar fonunda yeni rəqabət məkanı kimi tarix yazılır, Rusiya-İran arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq sənədi də rəqib tərəfləri bir-birlərinin mövqelərini daha aydın oxumağa imkan yaradacaq.

Azərbaycan bütün bu əməliyyatların nəticələrini hesablayıb Ermənistan üzərində strateji üstünlüklərini saxlayaraq regionda təsirlərini daha da dərinləşdirəcək".

Politoloqun fikrincə, Bakı yenilənən regional ambisiyalara qarşı regionun geosiyasi xəritəsini yenidən formalaşdırmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün daha geniş strategiya izləyə bilər:

"Azərbaycan təsir imkanlarını maksimuma çatdırmaq üçün ABŞ-Ermənistan və Rusiya-İran sənədlərinin nəticələrinin formalaşdıracağı nəticələr arasında öz xeyrinə uyğunlaşdırma strategiyası tərtib edəcək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR