İnsanlara hürriyət, millətlərə istiqlal!

BP-nin hasilatı və gəlirləri azalacaq – BƏDBİN HESABAT

862 14.01.2025 16:08 İqtisadiyyat A A

Britaniyanın enerji nəhəngi BP ötən ilin dördüncü rübünün yekununda neft və qaz sektorunda hasilatın üçüncü rübdən aşağı düşəcəyini gözləyir.

Musavat.com şirkətin hesabatına istinadən xəbər verir ki, mənfi dinamikanın davamlı olacağı gözlənilir.

BP-nin ilkin hesablamalarına görə, oktyabr-dekabr aylarında avtomobil yanacaqlarının satış həcmi və bu biznesin gəlirliliyi üç ay əvvəlkindən aşağı olacaq ki, bu da mövsümi dalğalanmalarla izah olunur. Şirkət həmçinin "neft ticarəti biznesində zəif performans", eyni zamanda əvvəlki dövrlə müqayisədə xalis borc göstəricisində azalma qeydə alacağını gözləyir. Nağdsız hesablaşmaların həcminin 1-2 milyard dollar olacağı gözlənilir.

Son 12 ayda BP-nin bazar kapitallaşması 7 faiz azalaraq 68,2 milyard funt-sterlinqə (83,38 milyard dollar) düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR