İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ədliyyə naziri delimitasiya məsələsindən danışdı

560 14.01.2025 15:34 Son xəbər A A

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Tavuş istiqamətində Azərbaycanla sərhəd hissəsinin delimitasiyası ilə bağlı sənədin olub-olmamasıyla bağlı suala müsbət cavab verməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında danışıb.

Erməni nazirin sözlərinə görə, proses davam edir, onu sona qədər başa çatdırmaqdan başqa yol yoxdur.

Qalyanın bildirdiyinə görə, Ermənistanda hakim partiya sülhə nail olmaq üçün tutduğu kursdan yayınmaq niyyətində deyil və buna görə də delimitasiya prosesi davam etməlidir.

Konkret sahə ilə bağlı sənədin olub-olmamasıyla bağlı suala cavab olaraq nazir bildirib ki, proses başa çatdıqdan sonra ikitərəfli, o cümlədən sərhədlərlə bağlı razılaşmalara ehtiyac olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR