İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusar sakinindən narkotik vasitə, beşbarmaq və bıçaq aşkarlanıb

591 19.11.2022 12:51 Kriminal A A

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavatşcom-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Samir Ələskərov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin istifadəsində şübhəli bilinən rayon sakini Ruhid Babayev saxlanılıb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Samir Ələskərovun barəsində həbs qətimkan tədbiri seçilib. R.Babayev isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR