İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan helikopterin salonunda qorxu dolu anlar - VİDEO

1025 29.02.2024 04:41 Dünya A A

Kolumbiyanın Medelin şəhərində göyərtəsində turistlərin olduğu qəzaya uğrayan helikopterin salonundan video ortaya çıxıb.

Həmin görüntülər yerli mediada yayılıb.

Videoda 36 yaşlı amerikalı Fransisko Salasın təcili yardım xidmətinə zəng edərək helikopterin qəzaya uğradığını dediyi görünür. O, həm yoldaşlarını, həm də xilasetmə prosesini lentə alıb. Salas deyib ki, o, hətta ailəsinə zəng edərək vidalaşıb. Lakin altı sərnişinin hamısı sağ qalıb.

Qeyd olunur ki, pilotlar idarəetməni itirib və bu səbəbdən helikopter sürüşərək yırğalanmağa başlayıb. Nəticədə helikopter çoxmərtəbəli binanın divarına çırpılaraq orada ilişib qalıb. Xilasetmə əməliyyatında 70 nəfər iştirak edib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR