İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay 668 min manatlıq qaçaqmal SAXLANILIB - DSX AÇIQLADI

334 02.10.2023 16:41 Son xəbər A A

Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 668 min 936 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 46 kiloqram 193 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 307 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam еtdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR