ABŞ Nümayəndələr Palatası hökumətin 4 dekabra qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Musavat.com xəbər verir ki, qanun layihəsi maliyyə ilinin sonuna qədər (ABŞ-da 30 sentyabrda başa çatır) federal agentliklərin maliyyələşdirilməsini mövcud səviyyədə saxlayır.
220 ABŞ qanunvericisi qanun layihəsinin lehinə, 205-i isə əleyhinə səs verib. Sənəd indi baxılmaq üçün Senata göndəriləcək. Qanunverici orqanın yuxarı palatası tərəfindən təsdiqlənərsə, qanun layihəsi imzalanmaq üçün Prezident Donald Trampa təqdim ediləcək.
CBS News-un məlumatına görə, hökumətin maliyyələşdirilməsini 4 dekabra qədər davam etdirəcək qanun layihəsi qanunvericilərə 3 noyabrda keçiriləcək aralıq konqres seçkiləri ərəfəsində və zamanı hökumətin bağlanmasının qarşısını almağa imkan verəcək.
Musavat.com






