İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ bazalarına YENİ RAKET ZƏRBƏLƏRİ endirdi - VİDEO

262 22.07.2026 09:03 Dünya A A

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki Amerika bazalarına doğru yeni raket hücumuna başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İran ordusu "İldırım" əməliyyatının 21-ci mərhələsi çərçivəsində ABŞ-ın Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.

İran ordusunun yaydığı rəsmi məlumatda bildirilir ki, İran ərazilərinə hücuma cavab olaraq Küveytin qərbində yerləşən "Əd-Dovha" hərbi bazasında ABŞ Quru Qoşunlarının komandanlıq mərkəzinin sursat və logistika anbarları çoxlu sayda kamikadze dronları ilə hədəfə alınıb.

Xəbərdə vurğulanır ki, "Əd-Dovha" ABŞ-ın Küveytin qərbindəki ən vacib və əsas hərbi bazalarından biridir.

Bu obyekt ABŞ-ın Yaxın Şərqdəki hərbçiləri üçün əsas təchizat mərkəzi rolunu oynayır və burada ABŞ Quru Qoşunlarının, eləcə də Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin böyük heyəti və hərbi texnikası cəmləşib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR