İranda Zəngəzur dəhlizi ilə bağlı səslənən mövqenin Ermənistan üçün yeni imkan yarada biləcəyi iddia olunur.
Musavat.com xəbər verir ki, erməni politoloq Ara Poqosyan Sputnik Armenia-ya müsahibəsində bildirib ki, Tehranın mövqeyi Ermənistanın yol üzərində suveren nəzarətini qorumasına kömək edə bilər.
"Tehranın mövqeyi əslində bizə bu marşrutun ekstraterritorial olmasının qarşısını almaq üçün “imkan pəncərəsi” yaradır. Bu, Türkiyə-Azərbaycan konsepsiyasını heç olmasa qismən neytrallaşdırmağa çalışmaq imkanıdır", – ekspert deyib.
Poqosyanın sözlərinə görə, Ankara və Bakının konsepsiyasına əsasən, bu marşrut Ermənistan tərəfindən “özbaşına məhdudiyyətlərə” məruz qalmamalıdır. O hesab edir ki, məhz İrəvan üçün təhlükəli saydığı bu yanaşmanı İran amilindən istifadə etməklə neytrallaşdırmaq mümkündür.
Musavat.com






