İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Livanla bağlı 40 illik qadağanı qaldırdı

335 22.07.2026 08:52 Dünya A A

Livanlı həmkarı Cozef Aun ilə görüşdən sonra ABŞ prezidenti Donald Tramp Amerika aviaşirkətlərinin Yaxın Şərqin bu ölkəsinə uçuşlarına icazə verilməsini tapşırıb.

Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social hesabında açıqlayıb:

"Ölkəsini dəyişdirməkdə əlamətdar iş görən Livan prezidenti Cozef Aunla görüşdükdən sonra administrasiyama bütün Amerika aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verməyi tapşırıram ki, amerikalılar bu gözəl ölkəni sərbəst şəkildə ziyarət edə bilsinlər".

İki ölkə arasında hava nəqliyyatı 1985-ci ildə faktiki olaraq dayandırılıb - Prezident Ronald Reyqan administrasiyası TWA 847 reysinin qaçırılmasından sonra ciddi məhdudiyyətlər tətbiq edib. Terrorçular Afinadan qalxdıqdan sonra 847 reysini qaçırıb və Boeing 727 sərnişin təyyarəsini Beyruta enməyə məcbur ediblər. Sərnişinlər iki həftədən çox müddətə girov saxlanılıb və hücum zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin bir hərbçisi öldürülüb. Bu hadisə onilliklər ərzində birbaşa hava nəqliyyatını dayandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR