İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman pivəsi dəbdən düşür — Rusiya pivə istehsalında Avropada birinci oldu

375 22.07.2026 02:12 Dünya A A

Almaniyada pivə istehsalı azalıb və nəticədə Rusiya bu içkinin həcminə görə Avropada birinci yeri tutub.

Musavat.com xəbər verir ki, BarthHaas şirkətinin məlumatına görə, 2025-ci ildə Almaniyada pivə istehsalı 5,6% azalaraq 79,24 milyon hektolitrə düşüb və tarixi minimuma çatıb, Rusiya isə öz növbəsində 90,1 milyon hektolitr pivə istehsal edib.

Qeyd olunur ki, nəticədə Almaniyanın pivəbişirmə sənayesi dünya bazarından daha ləng inkişaf edir.

Qlobal tendensiya və səbəblər

Həmçinin bildirilir ki, ümumilikdə dünyada pivə istehsalı il ərzində 0,7% azalaraq 1,896 milyard hektolitr təşkil edib və artım yalnız Afrikada qeydə alınıb.

Musavat.com xəbər verir ki, BarthHaas şirkətinin icraçı direktoru Tomas Rayzerin sözlərinə görə, belə bir eniş istehlakçıların daha çox alkoqolsuz" və "aşağı alkoqollu içkilərə üstünlük verməyə başlaması ilə əlaqədar ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR