ABŞ Senatının Kəşfiyyat Komitəsi Demokratların etirazına baxmayaraq, Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini təsdiqləyib.
Musavat.com CBS News-a istinadən xəbər verir ki, səsvermə 9-8 olub və partiya xətləri üzrə bölünüb.
Komitənin sədri, Arkanzasdan olan respublikaçı senator Tom Kotton Kleytonu tərifləyib:
"Kleyton geniş milli təhlükəsizlik təhdidlərinin həllində böyük təcrübəyə malik yüksək ixtisaslı namizəddir. Senatın Kəşfiyyat Komitəsinin onun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürməsinə səs verməsindən məmnunam".
Prezident Donald Tramp iyun ayında Nyu-Yorkun Cənub Dairəsi üzrə keçmiş ABŞ prokuroru Kleytonu namizəd göstərib.
May ayının sonlarında Milli Kəşfiyyat direktoru Tulsi Qabbard ərinin ağır xəstəliyi səbəbindən vəzifəsindən ayrıldığını açıqlayıb.
Musavat.com






