Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxışı zamanı deyib.
“Hazırda Ukrayna güc mövqeyindən danışıqlar apara bilməz", - o bildirib.
O, həmçinin söyləyib ki, NATO-ya üzv ölkələr müdafiəyə Ümumi Daxili Məhsulun (ÜDM) əvvəllər razılaşdırılmış 2 %-dən xeyli çox xərcləməlidir:
"Düzünü desəm, ÜDM-in 2 %-i kifayət deyil. Növbəti illərdə təhlükəsiz qalmaq üçün müttəfiqlər əhəmiyyətli dərəcədə 2 %-dən çox vəsait xərcləməlidirlər. Güclü müdafiə bizim üçün əsas prioritetdir. Bu, daha çox xərcləmək və istehsal etmək deməkdir. Həm də müharibəni qızışdırmaq yox, onun qarşısını almaq üçündür".