İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur rusiyalı balerina: ""Azərbaycanlı taksi sürücüsü" dediyiniz sevgilimin 22 lüks avtomobili var"

2518 28.05.2022 01:44 Şou-biznes A A

Bir müddət əvvəl azərbaycanlı taksi sürücüsü ilə Türkiyəyə istirahətə getdiyi deyilən məşhur rusiyalı balerina Anastasiya Voloçkova "İnstagram" səhfəsində məsələyə aydınlıq gətirib.

Musavat.com bildirir ki, balerina yayılan şayiələrə bu cür reaksiya verib:

"Əgər yanımda bir kişi olanda niyəsə onu yetim, yazıq, alfons görmək istəyirlər. Sizə bir şey dümək istəyirəm. Bəli, mən həmişə daim kişilərin diqqəti ilə əhatəli olmuşam. Əlbəttə ki, kiminlə necə, hansı müddətdə münasibət qurmağı, onunla nə zaman münasibəti bitirəcəyimizə biz özümüz qərar veririk. Sadəcə bəzilərinin şəxsi həyatı olmadığı üçün mənim fanatlarım ilə maraqlanmağa başlayırlar.

Mənim həm imkanlı, həm də kasıb fanatlarım var. Bəziləri mediada yazır ki, guya mən Türkiyədə azərbaycanlı taksi sürücüsü ilə istirahət edirəm. Sizin çılğın fantaziyanızı dağıtmaq istəyirəm. Bu "taksi sürücüsü" dediyiniz şəxsin 22 lüks avtomobili olan, gənc, yaraşıqlı, seksual,  varlı ş adamıdır. O, istirahətimiz üçün üç mərtəbəli villa, böyük yelkənli yaxta kirayələyib. Demirəm ki, bu şəxs sevgilimdir. Sadəcə layiqli bir insanla romantik istirahət edirəm".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR