Məşhur türkiyəli müğənni Edip Akbayram daxili qanaxma səbəbilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, o, bir gün əvvəl Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat olunub.
Sənətçinin qızı Türkü Akbayram atasının vəziyyəti ilə bağlı açıqlama verib və sabah başqa bir əməliyyat olunacağını bildirib.
Türkiyə mətbuatının verdiyi məlumata əsasən, Edip Akbayram hazırda süni nəfəs cihazına qoşulub və onun vəziyyəti həkimlərin nəzarəti altındadır. Sənətkarın müalicəsi davam edir.
Musavat.com