Rusiya ordusunun Tümen vilayətindən olan keçmiş əsgəri Ramil Şamsutdinov xüsusi hərbi əməliyyatda (Ukraynada aparılan müharibədə) iştirak etmək üçün 5 dəfə müqavilə imzalamağa cəhd edib. Ancaq ona hər dəfə rədd cavabı verilib.
Musavat.com Ura.ru saytına istinadla xəbər verir ki, bu barədə əsgər yoldaşlarını kütləvi şəkildə güllələməkdə təqsirli bilinərək məhkum edilmiş Ramilin atası Səlim Şəmsutdinov məlumat verib.
Kişinin sözlərinə görə, oğlu xüsusi əməliyyat zonasına getmək üçün beş dəfə müqavilə imzalamağa cəhd edib, hətta müqavilə də imzalayıb və sınaqdan keçirilib, lakin sonda ondan imtina edilib.
Səlim Şəmsutdinov vurğulayıb ki, nə hərbçilər, nə də onun daxil olmağa çalışdığı “Vaqner” özəl hərbi şirkətin nümayəndələri müvafiq qərarın səbəblərini açıqlamayıblar. Çağırışçının atası hesab edir ki, oğlunun mühakimə olunduğu Cinayət Məcəlləsi maddələri onun istəyi ilə ziddiyyət təşkil etmədiyi üçün imtinanın formal əsası yoxdur.
Əsgər atası əlavə edib ki, oğlu vətənə xidmət etmək istəyir, lakin “buna icazə verilmir”.
Nəşr qeyd edib ki, bununla bağlı Tümen vilayətinin hərbi komissarlığının mətbuat xidmətinə yazılı sorğu göndərilib, cavab gözlənilir.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ramil Şamsutdinov 2019-cu ilin oktyabr ayının 25-də Trans-Baykal diyarının Qornı şəhərinin qapalı inzibati qəsəbəsində yerləşən hərbi hissədə öz xidmət yoldaşlarını (ikisi zabit) güllələyib. Güllə yarası alanlardan 8-i ölüb, 2-si yaralanıb. Əsgərin kütləvi qətl törətməsinin səbəbi hərbi hissədəki “dedovşina” olub.
Şamsutdinova 24.6 ay həbs cəzası verilib.
Musavat.com