İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ədliyyə nazirindən yeni konstitusiya ilə bağlı açıqlama

653 14.01.2025 14:34 Son xəbər A A

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni konstitusiyanın hazırlanmasının zəruriliyini bəyan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o deyib:

“Dəfələrlə qeyd etdiyim kimi, bizim vəzifəmiz seçkilərə qədər yeni konstitusiyanın mətnini hazırlamaqdır, işimiz bu istiqamətdə aparılmalıdır”.

Ekspertlərin fikrincə, səbəblərdən biri Bakının konstitusiyanın mətnindən Müstəqillik Bəyannaməsindən və “Dağlıq Qarabağın” xatırlanmasından, erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasından bəhsin çıxarılmasını tələb etməsidir.

Yeni konstitusiya ilə bağlı zərurətin digər ölkələrin bəyanatları ilə əlaqəsi barədə suala cavab verən nazir bu fərziyyəni yersiz adlandırıb. Onun sözlərinə görə, “məxməri inqilab”dan dərhal sonra yeni konstitusiya məsələsi qaldırılıb, hətta konsepsiya yaradılıb, amma iş məntiqi nəticəyə gətirib çıxarmayıb.

Qalyan xatırladıb ki, yeni nazir kimi xalqın bəyənə və ya rədd edə biləcəyi yeni konstitusiya layihəsini hazırlamaq lazımdır. Nazir hesab edir ki, hazırkı konstitusiya sosial əhəmiyyətli suallara cavab vermir və heç də xarici siyasətlə bağlı deyil.

Nazir vurğulayıb ki, sülh prosesi ilə bağlı konstitusiyanın dəyişdirilməsinə ehtiyac yoxdur və məsələ bağlanıb:

“Heç bir əlaqə yoxdur və ola da bilməz”.

Bu arada o, yeni konstitusiyada İstiqlal Bəyannaməsinə istinadın qalıb-qalmayacağı barədə danışmaqdan imtina edərək, mətnin üzərində işlənəcəyini, yaxın vaxtlarda işə başlanacağını, komissiyanın öz işini bərpa etdikdən sonra fəaliyyətini açıqlayacağını qeyd edib. Nazir vurğulayıb ki, qərarı xalq verəcək.

“Konstitusiyanın bugünkü mətni sülh prosesinə mane olmur. Bunu Konstitusiya Məhkəməsi də bəyan edib. Mövqe aydındır. Görünən problemə görə konstitusiyanın dəyişdirilməsinə ehtiyac yoxdur”, - Qalyan bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR