Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı keçirir.
Musavat.com Rusiya agentliklərinə istinadən xəbər verir ki, mətbuat konfransında Rusiya XİN rəhbəri Ermənistan-Rusiya münasibətlərindən danışıb.
O, iki ölkə arasında münasibətlərin siyasi cəhətdən sadə olmadığını vurğulayıb: “Aİ-yə mümkün üzvlük Ermənistan üçün suveren məsələdir, lakin Ermənistan müsbət və mənfi cəhətləri ölçməlidir”, - Rusiya XİN rəhbəri deyib.
S. Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ə səfərini də şərh edib: “Mirzoyan ABŞ-a səfər edib. Eşitdiyimə görə, Ermənistan və ABŞ arasında strateji saziş imzalanıb. Bu ölkələrin müstəqil qərarıdır. Biz Mirzoyanı Rusiyaya dəvət etmişdik. Bu səfər yaxın zamanda reallaşa bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com