İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzəyanın məkrli ABŞ səfəri: İrəvan işğala hazırlaşır – Bakının cavabı gecikməyəcək!

1467 14.01.2025 14:11 Yazarlar A A

“Ermənistan hökuməti 2025-ci ildə müdafiəyə 1,7 milyard dollardan çox pul xərcləmək niyyətindədir. Müdafiə xərcləri ÜDM-in 6%-ni təşkil edəcək”.

Bu sözləri bu gün parlamentində büdcə müzakirələri zamanı ölkənin maliyyə naziri Vahe Ovannisyan deyib.

Əlbəttə ki, erməni nazir “müdafiə xərcləri” ifadəsini işlətməklə gözünün içinə kimi yalan danışır. Çünki söhbət gerçəkdə müdafiə üçün yox, hücum ordusu üçün nəzərdə tutulan xərclərdın gedir. Heç kim müharibəyə hazırlaşdığını bəyan eləmir, o ki ola dünənin təcavüzkar dövləti, hələ də öz işğalçı xisləti ilə üzülüşmək istəməyən Ermənistanın rəsmiləri...

Diqqət edin, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp neçə vaxtdır NATO-aya üzv ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmağı tələb edir. Bu da Almaniya daxil, Alyansın Avropadakı əksər ölkələrində ciddi narazılıq yaradıb. Amma Azərbaycan və Türkiyəyə qarşı üst-üstə 220.6 min kv km-lik (!) ərazi iddiasını davam etdirən cırtdan Ermənistan özü üçün hərbi xərcləri rahatca 6% (!) həcmində müəyyən edir. Nə demək bu?

İlk növbədə sülhə, barışığa deyil, müharibəyə, revanşa hazırlaşmaq. Bu o deməkdir ki, Ermənistan İkinci Qarabağ müharibəsindən, 2023-cü ilin sentyabrındakı bir günlük antiorerror əməliyyatından zərrəcə nəticə çıxarmayıb, dərs götürməyib. Ağıllanmayıb. Terror ideologiyasına sadiq erməni kilsəsinin müdafiə elədiyi “bir xalq - bir ordu” tezisindən, təzədən hərbi dövlətə çevrilmək niyyətindən, işğalçı ordu qurmaq planlarından əl çəkməyib...

İrəvan təbii ki, köhnə-yeni havadarlarına arxayın olaraq buna can atır. Sülh oyunbazlığı ilə vaxt udmaqda əsas məram bu. Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri ABŞ-da səfərdədir. Bu gün o dövlət katibi Entoni Blinkenlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq. Bu barədə Ermənistan XİN məlumat yayıb. İmzalanma mərasimi saat 21:00-ə planlaşdırılır.

Maraqlıdır ki, ötən həftə ABŞ Dövlət Departamenti Ermənistan xarici işlər nazirinin bəyanatlarına münasibət bildirərkən qeyd eləmişdi ki, Vaşinqtonun belə bir sənədin imzalanması ilə bağlı “hazırda nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur”...

Aydındır ki, hiyləgər və məkrli düşmən bununla öncə erməni lobbisinə bağlı olmayan, 6 gün sonra vəzifəsinə başlayacaq D.Trampı və komandasını fakt qarşısında qoymağa çalışır. Ki, o, Baydenin anti-Azərbaycan siyasətini davam etdirsin (Oxşar sənəd ötən il aprelin 6-da Avropa Birliyi ilə imzalanıb – AB-ABŞ-Ermənistan üçlü formatında).

Ona da şəkk-şübhə yox ki, İrəvan ABŞ-la imzalanacağı gözlənilən sənədə də işğalçı ordu hazırlığının tərkib hissəsi kimi baxır. Hərbi büdcəsi ondan təxminən 3 dəfə çox olan (5 milyard dollar) Azərbaycanın özünümüdafiə hüququnu Amerika, Qərb sayəsində bloklamağı, əl-qolumuzu bağlamağı zənn edir.

Xam xəyallardır. Azərbaycan Prezidenti Ermənistanı Yeni il müraciəti və 6 yanvar tarixli müsahibəsində bu xüsusda erməni tərəfinə bir daha dəfə xəbərdarlığını edib:

“Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Azərbaycanın bu məsələ ilə bağlı, sadəcə, tamaşaçı rolunda olmayacaq. Biz otuzillik işğalı, dağıntıları, Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər”. (31 dekabr, 2024).

“Ermənistanın faktiki olaraq bölgə üçün təhdid mənbəyidir. Ermənistanın silahlanması, sadəcə, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik... Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar”.

Azərbaycanın faşist dövlətlə qonşu olduğunu, faşizm təhlükəsinin sovuşmadığını xatırladan İlham Əliyev əlavə edib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Başqa çarəmiz yoxdur” (7 yanvar, 2025)...

Yəni cavabımız qəfil, adekvat, beynəlxalq hüquqa uyğun və amansız olacaq. Heç bir havadarı da mənfur qonşumuzun dadına çata bilməyəcək. Sonra deməsinlər ki, deməmişdik.

Z.SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR