ABŞ-nin Rusiya neft şirkətləri və daşıyıcılarına qarşı yeni sanksiyalar tətbiq etməsi nəticəsində dünyanın müxtəlif yerlərində Rusiya nefti daşıyan 65 tanker ilişib qalıb.
Musavat.com “Röyter” agentliyinə istinadla xəbər verir ki, beş gəmi Çin sahillərində, yeddisi Sinqapurda, qalanları isə Baltik dənizi, Uzaq Şərq, İran limanları və Süveyş kanalı yaxınlığında hərəkətini dayandırıb.
Cümə günü Vaşinqtonun tətbiq etdiyi yeni məhdudiyyətlər təkcə Rusiya neft şirkətlərinə deyil, həm də neft daşıyan tankerlərin “kölgə donanmasına” təsir edib. Analitiklərin hesablamalarına görə, dünya tanker donanmasının təxminən 10%-i sanksiyalar altındadır və bu, qlobal neft ticarətini və enerji daşınmasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
Vəziyyət Rusiyadan tədarükün məhdudlaşdırılmasının nəticələrinin artıq hiss olunduğu qlobal neft bazarında problemləri daha da ağırlaşdırır.
Musavat.com