İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın adamları Qrenlandiyanı satın almağa dair qanun layihəsi hazırlayıblar

288 14.01.2025 14:04 Dünya A A

ABŞ Konqresindəki respublikaçılar yeni seçilmiş prezident Donald Trampa vəzifəsinin icrasına başladıqdan dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa imkan verəcək qanun layihəsi hazırlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi sənədin surətinə istinadla məlumat yayıb.

Qanun layihəsi “Qrenlandiyanı yenidən böyük et” aktı adlanır. Onun müəllifləri Nümayəndələr Palatasının üzvləri Endi Oqles və Diana Harşbarqerdir. Yanvarın 13-ü səhərə olan məlumata görə, 10 konqresmen təşəbbüsü dəstəkləyib.

Sənədin mətninə əsasən, prezidentə Qrenlandiyanın ABŞ tərəfindən alınması üçün Danimarka ilə danışıqlara başlamaq imkanı veriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində Qrenlandiya və Kanada ABŞ-nin tərkibində göstərən xəritə dərc etmişdi. O, dünyanın ən böyük adasının öz dövlətinin tərkibində olmasını “mütləq zərurət” adlandırıb. Qrenlandiyanı satın almaq ideyası isə ilk dəfə 2019-cu ildə ilk prezidentliyi dövründə Tramp tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Tramp ABŞ-a Kanada ilə birləşmək və Panama kanalını almaqdan da danışıb. Eyni zamanda, Kanada və Qrenlandiya hakimiyyəti Trampın ABŞ-yə qoşulmaq təkliflərini rədd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR