İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda sikhlər vətəndaş hüquqlarından məhrum etməyə çalışılır, zorakılığa məruz qoyulur

420 16.01.2026 13:17 Dünya A A

Hindistanda zorakılıq problemi və sikhlərin mübarizəsi yalnız ölkənin daxili işi deyil, bu regionun və bütün dünyanın gələcəyinə təsir göstərəcək.

Report xəbər verir ki, bunu Sikh Federasiyasının hüquq məsləhətçisi Varrinq Prabcot Sinqh Bakıda keçirilən "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal bərabərsizliyin aradan qaldırılması və bütün dünyada dekolonizasiya beynəlxalq ictimaiyyətin məqsədi olmalıdır.

"Qarşılıqlı hörmət və ədalətə əsaslanan beynəlxalq tərəfdaşlıq bu yolda vacib addımdır və bu gün Bakıda bu konfransın keçirilməsi həmin prosesə əhəmiyyətli töhfədir", - o qeyd edib.

Sinqh vurğulayıb ki, müasir Hindistan imperialist dövlətdir və siqh icmasının hüquqlarını sistematik olaraq pozur.

O əlavə edib ki, ölkə hakimiyyəti sikhləri vətəndaş hüquqlarından məhrum etməyə çalışır, onları təzyiq və zorakılığa məruz qoyur.

"Söhbət siqhlərin suverenliyə can atmasından, ədalət və insan ləyaqəti prinsiplərinə əsaslanan müstəqil vətən yaratmaq istəyindən gedir", - Sinqh vurğulayıb.

O, həmçinin qeyd edib ki, zorakılıq və təzyiq təkcə insanlara qarşı deyil, həm də siqh icmasının kimliyi və dəyərlərinə qarşı yönəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR