İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistandan gələn mesajlar ondan xəbər verir ki...” - Deputat

990 22.12.2023 12:04 Siyasət A A

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında spikerin Prezidentə ünvanladığı doğum günü təbrikinə qatılaraq ürək sözlərini bölüşüb.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, həqiqətən də Azərbaycan xalqı qarşısında Prezident İlham Əliyevin böyük xidmətləri var və ən xoş sözlərə layiqdir.

“Eyni zamanda İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi başqa bir doğum günü də var, bu, 20 sentyabrdır. Azərbaycan xalqının ləyaqətinin bərpası günüdür”, - F.Mustafa əlavə edib.

Komitə sədrinin sözlərinə görə, artıq bir şey aydın oldu ki, Azərbaycanın taleyi ilə bağlı məsələlər hansısa başqa ölkədə həll olunmur, Azərbaycanda həll olunur.

“İndi bizim qarşımızdakı ən ciddi məsələlərdən biri Naxçıvana yolumuzun açılmasıdır, eyni zamanda sülh müqaviləsinin imzalanmasıdır. Ermənistandan gələn mesajlar ondan xəbər verir ki, ermənilər də reallığı anlayıblar”, - Fazil Mustafa bildirib. 

Deputatın fikrincə, qətiyyətimiz sayəsində göstərdik ki, Fransa, ABŞ və digər ölkələrin Ermənistana verdiyi vədlər quru sözdən başqa bir şey deyil: “Azərbaycan bütün bunlara öz Prezidentinin qətiyyəti sayəsində nail oldu və biz bu işləri uğurla yekunlaşdıracağıq”.

F.Mustafa Xankəndidəki futbol oyununa sadəcə futbol matçı kimi baxılmasını doğru saymır və bu oyunu böyük tarixi hadisə kimi xarakterizə edib. O bildirib ki, oyundan öncə Prezidentin futbol topuna endirdiyi zərbə həm də Ermənistanın havadarlarına endirilən zərbə sayılmalıdır.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR