İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təyyarədaşıyan qüvvələrinə GÖSTƏRİŞ VERDİ, Pakistan İran sərhədinə 30 minlik ordu TOPLADI – GƏRGİNLİK ARTDI

725 16.01.2026 10:44 Dünya A A

ABŞ Müdafiə Nazirliyi Abraam Linkoln təyyarədaşıyan zərbə qrupunun Cənubi Çin dənizindən Yaxın Şərqə yerləşdirilməsi barədə göstəriş verib.

Bununla paralel olaraq, Musavat.com xəbər verir ki, Pakistan ordusu İranla sərhəd bölgəsinə əlavə olaraq təxminən 30 min hərbçi yerləşdirir. Bildirilib ki, bu qərar Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munirin ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə telefon danışığından sonra qəbul edilib.

Mənbələr iddia edir ki, atılan addımlar ABŞ və İsrail arasında mümkün hərbi koordinasiya ehtimalları ilə əlaqəli ola bilər. Rəsmi İslamabad və Vaşinqton hələlik məlumatı təsdiqləməyib.

Musavat.com xəbər verir ki, yanvarın 8–9-da Tehranda və bir sıra iri şəhərlərdə baş verən kütləvi etirazların zorakılıqla yatırılması ilə bağlı şok və sensasional faktlar üzə çıxıb.

Musavat.com İrandan qayıdan və hadisələrə birbaşa şahidlik etmiş Azərbaycan vətəndaşı ilə danışıb. Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən soydaşımızın dedikləri İran rejiminin repressiya mexanizminin indiyədək bilinməyən, insanlığa sığmayan tərəflərini ortaya qoyur.

8-9 yanvar tarixlərində öldürülən etirazçıların cəsədlərinin tanınması və ailələrinə verilməsi prosesi başlayıb. Bu zaman ortaya heyrətamiz və qorxunc faktlar çıxıb.

Şahid iddia edir ki, İran rejimi qətlə yetirilmiş etirazçıların cəsədlərini yaxınlarına pulla verməyə başlayıb. Məbləğ təxminən 23 min manat (Azərbaycan manatı ilə) ekvivalentində müəyyənləşdirilib. Rəsmi əsaslandırma isə belə olub:
– “Yaxınlarınız dövlət obyektlərini dağıdıb, bankları, xəstəxanaları yandırıb, dövlətə xəyanət edib. Bunun cəriməsini (kompensasiya) ailəsi çəkməlidir.”

Əks halda, ailə üzvlərinin həbs ediləcəyi, repressiyalara məruz qalacağı bildirilib. Şahidin sözlərinə görə, repressiyalardan və həbslərdən yayınmaq üçün bir çox ailə bu “cərimə”ni ödəməyə məcbur qalıb. Proses faktiki olaraq rəsmi və sistemli şəkildə həyata keçirilir.

Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR