İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranı 7 saat fasiləsiz bombaladı - CENTCOM o görüntüləri paylaşdı - VİDEO

877 15.07.2026 09:23 Dünya A A

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana məxsus hərbi hədəflərə endirilən raket zərbələrinin görüntülərini yayımlayıb.

Musavat.com xəbər verir ki, videoçarxda raketlərin buraxılış anı və hərbi texnikanın məhv edilməsi əks olunub.

CENTCOM-un bəyanatına görə, kadrlarda İrana məxsus hərbi texnikanın dəqiqliklə vurulması əksini tapıb.

ABŞ Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayılan açıqlamada deyilir:

"Yeddi saat davam edən hücum dalğası zamanı ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları (PUA) və hərbi gəmiləri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın raket və dron mövqelərinə, hərbi dəniz qüvvələrinin obyektlərinə, həmçinin sahil müdafiə sistemlərinə zərbələr endirib".

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İran ərazilərinə qarşı həyata keçirilən yeddi saatlıq ardıcıl zərbələrin başa çatdığını elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR