İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Türkiyə Müdafiə Nazirliyi təyyarə qəzası ilə bağlı MƏLUMAT YAYDI - "Azərbaycandan..."

6308 11.11.2025 16:38 Son xəbər A A

Türkiyə Milli Müdafiə Nazirliyinə (MSB) məxsus Azərbaycandan Türkiyəyə uçan "C130" yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb.

Nazirlik açıqlamasında Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlandığını bildirib:

"Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan "C130" yük təyyarəmiz Gürcüstanda qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə Gürcüstan tərəfi ilə koordinasiyalı şəkildə başlanılıb".

Qeyd edək ki, bundan əvvəl "İmedi" telekanalı Gürcüstan və Azərbaycan sərhədinə yaxın ərazidə hərbi təyyarənin qəzaya uğraması haqqında məlumat yayıb.

Dünün, Bugünün və Yarının Nakliye Uçağı C-130 Hercules ve Türk Hava Kuvvetleri Serüveni | MüdafiəTürk

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR