İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” FK qardaş Türkiyəyə başsağlığı verdi - FOTO

1186 11.11.2025 23:54 Son xəbər A A

Musavat.com xəbər verir ki, “Qarabağ” Futbol Klubu Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı qardaş Türkiyəyə başsağlığı verib.

Klubun paylaşımında deyilir:

"Qarabağ" Futbol Klubu Gürcüstan-Azərbaycan sərhədində baş verən C130 hərbi təyyarə qəzası ilə bağlı dərindən kədərləndiyini bildirir. Qəza nəticəsində şəhid olan hərbiçilərə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!”

Qeyd edək ki, Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində ekipaj üzvləri həlak olub. 

 

Musavat.com

0a84f03a-120c-46f5-9272-c5c26cdbe126.jpeg (80 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR