Erməni KİV-ləri polittexnoloq Vigen Akopyanın fikirlərini tirajlayaraq yazır ki, baş nazirin ruhani rütbəsindən məhrum edilən və ya edilməsi gözlənilən keşişlərin keçirdiyi mərasimlərdə iştirak etməsi onun “real Ermənistanın kilsəsi” adlandırdığı yeni dini məkan yaratmaq təşəbbüsünə bənzəyir.
Musavat.com-un xəbərinə əsasən, Akopyanın sözlərinə görə, Paşinyan elə bir model qurmağa çalışır ki, orada öz təsəvvürünə uyğun şəxslər “ruhani” statusunda fəaliyyət göstərə bilsin.

Ekspert hesab edir ki, baş nazir müəyyən mərhələdə bu bölgünün artıq qeyri-adi görünməyəcəyinə, cəmiyyətdə soyuq qəbul edilməyəcəyinə ümid edir.
Erməni media orqanlarının yazdığına görə, Nikol Paşinyanın qatıldığı liturgiyalarda iştirakçı sayı çox azdır və əsasən eyni şəxslərdir. İddiaya əsasən, bunun səbəbi digər vətəndaşların Paşinyana görə belə dəyişiklikləri qəbul etməyə hazır olmamasıdır.
Musavat.com






