İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir qılınc, 3,75 milyon dollar – inanılmaz satış

701 18.07.2026 03:06 Maraqlı A A

Hollivud tarixinin ən məşhur kino rekvizitlərindən biri hərracda rekord məbləğə alıcı tapdı.

Musavat.com xəbər verir ki, RBC Life-ın məlumatına görə, "Ulduz müharibələri: Epizod V — İmperiya əks-zərbə endirir" filmində Lyuk Skayuokerin Dart Veyderlə döyüş səhnəsində istifadə etdiyi işıq qılıncı Heritage Auctions hərracında 3,75 milyon dollara satılıb.

Bu, "Ulduz müharibələri" franşizasına aid rekvizit üçün indiyədək ödənilən ən yüksək məbləğdir. Lotun ilkin qiyməti 1 milyon dollar olaraq qiymətləndirilmişdi.

Bundan əvvəlki rekord 2023-cü ildə 3,135 milyon dollara satılan X-wing qırıcısının modelinə məxsus idi.

İşıq qılıncı ilə birlikdə qrim ustası Stüart Friborn tərəfindən hazırlanmış Lyuk Skayuokerin qopmuş əl maketi də satılıb. Rekvizitlər hərraca Fribornun varisləri tərəfindən çıxarılıb.

Heritage Auctions nümayəndələri bildiriblər ki, bu əşya "Ulduz müharibələri"nin bu günə qədər qorunub saxlanılmış ən mühüm artefaktlarından biridir və kolleksiyaçılar sadəcə kino rekviziti deyil, müasir mifologiyanın əsl parçası uğrunda mübarizə aparıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR