İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski azərbaycanlı döyüşçünü təltif etdi – Emin Həsənov “İgidliyə görə” ordeni aldı FOTO VİDEO

1160 13.03.2026 14:03 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski daha bir azərbaycanlı döyüşçünü yüksək dövlət mükafatı ilə təltif edib. Azərbaycanlı hərbçi Emin Həsənov “İgidliyə görə” ordeninə layiq görülüb.

Musavat.com xəbər verir ki, Emin Həsənov 2015-ci ildən etibarən könüllü olaraq müxtəlif dövrlərdə Ukrayna ordusunun tərkibində döyüşlərdə iştirak edib.

WhatsApp Image 2026-03-13 at 13.58.04.jpeg (79 KB)

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra isə o, daimi olaraq cəbhə xəttində xidmət göstərir.

Döyüş yoldaşlarının ona verdiyi “Türk” ləqəbi ilə tanınan azərbaycanlı hərbçi Kiyevin müdafiəsində, həmçinin Donbas, Zaporojye və Xarkov istiqamətlərində aparılan döyüşlərdə xüsusi qəhrəmanlıq nümayiş etdirib.

Məlumata görə, Emin Həsənov bir neçə dəfə ağır yaralansa da, müalicə aldıqdan sonra yenidən cəbhə xəttinə – komandiri olduğu bölüyə qayıdaraq döyüşləri davam etdirib.

Bu barədə məlumatı Ukraynadakı azərbaycanlı qazilər və döyüşçülər təşkilatının sədri Vidadi İsrafilov açıqlayıb.

Anar Natiqoğlu,
"Yeni Müsavat"ın Ukrayna təmsilçisi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR