İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Türkiyəyə qarşı savaşa başlayır: yeni sistem işə salındı

3170 21.06.2026 03:55 Dünya A A

Yunanıstan hərbi dəniz qüvvələrinin imkanlarını artırmaq üçün yeni addım atıb.

Musavat.com xəbər verir ki, Yunanıstan parlamentinin müvafiq komitəsi Kanadanın Geospectrum Technologies şirkətindən dörd ədəd M660 hidroakustik sisteminin alınmasını təsdiqləyib.

Müqavilənin dəyəri 24 milyon avro təşkil edir.

Məlumata görə, avadanlıqlar Yunanıstan Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan MEKO sinifli freqatların modernləşdirilməsi üçün nəzərdə tutulub.

Yeni sistemlər sualtı hədəflərin aşkarlanması, izlənməsi və dənizdə müşahidə imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Qərarın Türkiyə ilə Egey və Şərqi Aralıq dənizində davam edən gərginlik fonunda qəbul edildiyi bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR