ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin bərpası ilə bağlı Konqresi rəsmi şəkildə məlumatlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Bildirilir ki, Konqresə göndərilən rəsmi bildirişdə ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatları yenidən başladığı qeyd olunub.
Hələlik Ağ Ev tərəfindən əməliyyatların miqyası, məqsədi və davametmə müddəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Musavat.com






