İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın məşəqqətli günləri: Ukraynaya çox nəhəng yardım yolda

1008 14.07.2026 01:06 Dünya A A

Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya dəstəyin genişləndirilməsi üçün yeni maliyyə mexanizmini işə salıb.

Musavat.com xəbər verir ki, iki tərəf 90 milyard avroluq birgə dəstək paketinin icrasına imkan verən saziş imzalayıb.

Saziş Böyük Britaniyanın müdafiə şirkətlərinə həmin kredit vəsaiti hesabına maliyyələşdirilən silah tədarükü tenderlərində iştirak etmək imkanı yaradır.

İki il müddətinə nəzərdə tutulan proqram həm Ukraynanın büdcə ehtiyaclarının, həm də müdafiə sektorunun maliyyələşdirilməsinə yönəlib.

Təşəbbüs çərçivəsində Böyük Britaniyanın maliyyə töhfəsi britaniyalı istehsalçıların əldə edəcəyi müqavilələrin həcminə proporsional şəkildə müəyyən ediləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR