ABŞ-də qeydə alınan nadir təbiət hadisəsi sosial şəbəkələrdə böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, ABŞ-də çəkilən görüntülərdə tornado üzərində yaranan 360 dərəcəlik nadir qoşa göy qurşağı diqqət çəkib.
Qeyri-adi təbiət hadisəsi həm mütəxəssislərin, həm də sosial media istifadəçilərinin marağına səbəb olub. Görüntülərdə tornado ilə eyni anda formalaşan tam dairəvi qoşa göy qurşağı əks olunub.
Musavat.com






