İranın cənubunda vəziyyət yenidən gərginləşib, bir neçə şəhər və ada ətrafında partlayışlar barədə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, Bəndər-Abbas şəhərinin şərq hissəsində dörd partlayış səsi eşidilib. Bununla yanaşı, Fars agentliyi Çabahar, Larak və Konarak istiqamətlərinə raket və hava zərbələrinin endirildiyini bildirib.
Məlumata əsasən, Bəndər-Abbasda hava hücumundan müdafiə sistemləri də aktivləşdirilib.
Hadisələrin nəticələri və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Musavat.com






