İran hərbi qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərinə atəş açıb.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı İranın "Tasnim" agentliyi yayıb. Agentlik iddia edir ki, gəmilər dənizçilik qaydalarını pozduqları üçün hədəf alınıb.
Gəmilərdə dağıntı və ya itki olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, dünyanın ən mühüm neft nəqliyyatı marşrutlarından olan Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətinə qarşı bu cür müdaxilələr beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur. Xüsusilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl də regional sularda dəniz təhlükəsizliyinin təmin olunması üçün əlavə qüvvələrin cəlb edildiyini və İranın mülki gəmilərə qarşı aqressiv addımlarının qarşısının alınacağını bəyan etmişdi.
Musavat.com






