İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəriqaz” Samux rayonunun kəndlərində payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir - FOTO, VİDEO

520 13.07.2026 23:41 Ölkə A A

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır.

Hazırda Samux rayonunun iki kəndində - Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür.

“Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudovun sözlərinə görə, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub.

Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.

Ətraflı videomaterialda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR