İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyadan vacib təklif: Türkiyə də olsun

2312 13.07.2026 22:48 Dünya A A

Avropanın təhlükəsizlik sistemi ilə bağlı yeni və diqqətçəkən təklif irəli sürülüb.

Musavat.com xəbər verir ki, İtaliyanın müdafiə naziri Quido Kroseto La Stampa qəzetinə müsahibəsində Avropa üçün yeni təhlükəsizlik modelinin yaradılmasını təklif edib.

Nazirin sözlərinə görə, NATO ABŞ Prezidenti Donald Trampın dəyişkən siyasi mövqeyinə görə həddindən artıq həssas vəziyyətdədir və bu səbəbdən Avropa daha geniş təhlükəsizlik sistemi formalaşdırmalıdır.

Quido Kroseto bildirib ki, Avropa Türkiyə, Böyük Britaniya, Ukrayna, Norveç, İsveçrə, Moldova və Qərbi Balkan ölkələrinin də daxil olacağı yeni kontinental təhlükəsizlik alyansı yaratmalıdır.

Nazir hesab edir ki, Avropanın müdafiə sistemi yalnız Avropa İttifaqının sərhədləri ilə məhdudlaşmamalı, daha geniş regional əməkdaşlıq prinsipi əsasında qurulmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR