İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerin altından çıxan 11 min karatlıq nəhəng yaqut ÖLKƏNİ QARIŞDIRDI

1424 10.06.2026 12:00 Dünya A A

Myanmada yerləşən Mogok bölgəsində aşkar edilən 11 min karatlıq nəhəng yaqut ölkədə və qiymətli daşlar bazarında böyük maraq yaradıb. Təxminən 2,2 kiloqram ağırlığında olan daş son illərin ən mühüm kəşflərindən biri hesab edilir.

Musavat.com xəbər verir ki, məlumata görə, yaqut bu ilin aprel ayında Mogok şəhəri yaxınlığında aşkarlanıb. Mütəxəssislər daşın təkcə ölçüsünə görə deyil, həm də rəngi və keyfiyyətinə görə xüsusi dəyərə malik olduğunu bildirirlər.

Ekspertlərin qiymətləndirməsinə əsasən, yeni tapılan yaqut 1996-cı ildə çıxarılan 21 min 450 karatlıq və 4,29 kiloqram ağırlığındakı rekord yaqutdan daha kiçik olsa da, rəng tonu və şəffaflığı səbəbindən ondan daha qiymətli ola bilər.

Mogok bölgəsi dünyanın ən məşhur yaqut yataqlarından biri hesab olunur. Qlobal yaqut istehsalının təxminən 90 faizinin məhz Myanmarın bu bölgəsindən təmin edildiyi bildirilir. Buradan çıxarılan və “Göyərçin qanı” rəngi kimi tanınan tünd qırmızı yaqutlar dünyanın ən qiymətli daşları arasında yer alır.

Nəhəng yaqutun aşkar olunması ölkədə geniş müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, daşın bazar dəyəri milyonlarla dollar ola bilər və onun gələcək taleyi – satışa çıxarılması, muzeydə nümayiş etdirilməsi və ya emal olunması – böyük maraq doğurur.

Bu kəşf Myanmanın qiymətli daşlar sahəsindəki əhəmiyyətini bir daha gündəmə gətirib və ölkənin dünyanın aparıcı yaqut mənbəyi statusunu möhkəmləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR