İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonda dəhşətli gecə: Rusiya şəhəri Reraktiv Yaylım Atəşi Sistemləri ilə vurdu

699 08.02.2026 10:09 Dünya A A

Ötən gecə Rusiya ordusu Ukraynanın Xerson şəhərini kütləvi şəkildə atəşə tutub.

Musavat.com xəbər verir ki, işğalçı qüvvələr şəhərin yaşayış məhəllələrinə qarşı Reaktiv Yaylım Atəşi Sistemlərindən (RYAS/RSZO) istifadə ediblər.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin (FHN) son məlumatına görə, hücum nəticəsində ən azı 6 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların əksəriyyəti qəlpə yaraları və kontuziya ilə xəstəxanalara yerləşdirilib.

Zərbələr şəhərdə genişmiqyaslı yanğınlara və ciddi dağıntılara səbəb olub. Çoxmənzilli binalar və fərdi evlər birbaşa hədəfə alınıb, onlarla mənzil yararsız hala düşüb. Şəhərin sənaye zonasında yerləşən anbar binaları tamamilə yanıb. FHN əməkdaşları səhər saatlarına qədər yanğınların ram edilməsi və dağıntılar altında qalanların xilas edilməsi ilə məşğul olublar. Atəş nəticəsində şəhərin bəzi hissələrində elektrik və su təchizatında kəsintilər yaranıb.

Yerli hərbi administrasiya sakinləri sığınacaqlardan çıxmamağa və mümkün təkrar zərbələrə qarşı ehtiyatlı olmağa çağırıb. Ekspertlər bu kütləvi hücumu Rusiyanın mülki əhali arasında qorxu yaratmaq və şəhərin həyat fəaliyyətini tamamilə iflic etmək cəhdi kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR