İnsanlara hürriyət, millətlərə istiqlal!

Vida diplomatiyası –Xamenei ilə vida mərasiminə 100 ölkədən qatılım nə deməkdir?

1074 03.07.2026 12:37 Dünya A A

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlamasında bildirib ki, İranda mərhum ali dini lider Seyid Əli Xamenei ilə vida mərasimində dünyanın təxminən 100 ölkəsindən rəsmi nümayəndələr, ictimai xadimlər və müxtəlif nümayəndə heyətləri iştirak edir.

Onun sözlərinə görə, mərasimdə prezident və ya baş nazir səviyyəsində azı səkkiz ölkənin nümayəndəsi, həmçinin 12 ölkənin parlament sədri iştirak edir. Bundan başqa, bir sıra dövlətlər xarici işlər nazirləri, digər nazirlər və xüsusi nümayəndələr göndəriblər.

Seyid Əli Xamenei ilə vida mərasiminə xarici ölkələrdən qatılım səviyyəsi İran üçün qaneedici hesab oluna bilərmi? Çoxsaylı dövlətlərin başçılarının vida mərasimi üçün İrana gəlişinin indiki vaxtda Tehran üçün hansı siyasi-diplomatik əhəmiyyəti var?

ABŞ Ukraynanı demokratiya bayrağı altında işğal etdi”- Azad Məsiyev

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, vida mərasimində təxminən 100 ölkədən nümayəndə heyətinin iştirak etməsi İran üçün mühüm diplomatik uğurlu göstərici hesab oluna bilər:

“Qərb və İsrail tərəfindən ABŞ və Qərb dövlətlərinin sanksiyaları, eləcə də son müharibə fonunda Tehranın beynəlxalq təcrid vəziyyətində olduğu barədə təsəvvür formalaşdırılmağa çalışılırdı. Belə bir şəraitdə çoxsaylı xarici nümayəndə heyətlərinin Tehrana gəlməsi İranın hələ də geniş beynəlxalq siyasi əlaqələrə malik olduğunu nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

Bununla yanaşı, nümayəndə heyətlərinin səviyyəsinə də diqqət yetirmək lazımdır. Əgər doğrudan da prezident, baş nazir, parlament sədri və xarici işlər naziri səviyyəsində geniş təmsilçilik təmin olunubsa, bu, İran rəhbərliyinə verilən siyasi ehtiramın göstəricisi kimi qiymətləndirilə bilər. Dövlət başçılarının və hökumət rəhbərlərinin iştirakı protokol baxımından ən yüksək səviyyəli təmsilçilik hesab olunur və Tehran bunu öz diplomatik nüfuzunun nümayişi kimi təqdim edəcək”.

Politoloq qeyd edib ki, belə mərasimlər təkcə anım xarakteri daşımır:

“Bu tipli mərasimlər liderlər və yüksək vəzifəli şəxslər arasında ikitərəfli görüşlərin keçirilməsi üçün də  platformaya çevrilir. İranın yeni siyasi rəhbərliyi bu fürsətdən istifadə edərək qonşu ölkələr, müsəlman dövlətləri, eləcə də Asiya, Afrika və Latın Amerikası ölkələri ilə siyasi dialoqun davam etdirilməsi barədə mesaj verməyə çalışacaq.

Tehran üçün əsas siyasi dividend daha çox “qlobal təcrid olunmamışıq” mesajını vermək və xüsusilə regional tərəfdaşlarla münasibətlərin davam etdiyini nümayiş etdirmək olacaq. Çünki çoxsaylı ölkələrin yüksək səviyyəli nümayəndələrinin Tehrana gəlməsi İranın diplomatik mövqeyinin tam təcrid olunmadığını göstərən mühüm siyasi hadisədir. Daha çox simvolik və siyasi-legitimlik xarakteri daşıyan bu mərasim Tehranın beynəlxalq əlaqələrini nümayiş etdirmək və yeni mərhələdə tərəfdaşlarına davamlılıq mesajı vermək baxımından əhəmiyyət kəsb edir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR