Rusiyanın Odessa şəhərinə aviasiya bombaları ilə təşkil etdiyi hava hücumu nəticəsində ciddi dağıntılar və insan tələfatı qeydə alınıb.
Musavat.com xəbər verir ki, Ukrayna mediasının yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, Rusiya ordusunun hücumu nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerində xilasetmə və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Cəbhənin digər istiqamətlərində də gərginlik davam edir.
Belə ki, bu gün Rusiya Silahlı Qüvvələri Jitomir vilayətinin Malinsk icmasında yerləşən yanacaqdoldurma məntəqələrindən (YDM) birinə də zərbələr endirib.
Hücum nəticəsində 1 nəfərin yaralandığı bildirilir.
Musavat.com






