ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda İordaniya xarici işlər naziri Ayman Hüseyn Abdullah əl-Səfadi ilə görüşüb.
Musavat.com Dövlət Departamentinin sözçüsü Tommi Piqottun açıqlamasına istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu ABŞ-İran münaqişəsi olub.
Piqotun sözlərinə görə, Rubio və əs-Səfadi "İran rejiminin gəmiçilik və region ölkələrinə qarşı davam edən hücumları da daxil olmaqla bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər":
"Katib bu hücumları, o cümlədən İranın İordaniya ərazisinə qəbuledilməz zərbələrini pisləyib. Katib həmçinin nazir əs-Səfadiyə İordaniyanın regional təhlükəsizliyin gücləndirilməsindəki mühüm roluna görə təşəkkürünü bildirib".
Qeyd edək ki, son günlərdə qarşılıqlı zərbə mübadilələri zamanı SEPAH dəfələrlə raketlər və dronlardan istifadə edərək İordaniyadakı ABŞ hava bazasına zərbələr endirib. İordaniya XİN rəhbərinin bu məsələ ilə bağlı Vaşinqtona getdiyi bildirilir.
Musavat.com






