İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə müharibə alovlanır: ABŞ və İran bir-birinə ağır zərbələr endirdi - VİDEO

402 15.07.2026 10:08 Dünya A A

ABŞ və İran hərbi qüvvələri yenidən qarşılıqlı olaraq ağır zərbələr endiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) strateji əhəmiyyətli Hörmüz boğazı yaxınlığında İrana məxsus onlarla hərbi hədəfə hücum etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, rəsmi Vaşinqtonun bu addımına cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Silahlı Qüvvələrinin Küveytdə yerləşən maddi-texniki təminat mərkəzinə dağıdıcı zərbə endirdiyini açıqlayıb.

Bundan başqa, Tehran rəsmiləri ABŞ-ın Bəhreyndəki Beşinci Donanmasının idarəetmə mərkəzi, anbarları və yanacaq çənlərini hədəf aldıqlarını bildiriblər. Hücumlar çərçivəsində ABŞ-a məxsus "F-18" qırıcılarının dislokasiya olunduğu İordaniyadakı "Əl-Əzrək" hərbi bazasının da zərbələrə məruz qaldığı barədə məlumat yayılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR