İnsanlara hürriyət, millətlərə istiqlal!

Vensdən Livan açıqlaması: “Hər iki tərəf razılaşmaya əməl etməlidir”

463 18.06.2026 22:36 Dünya A A

ABŞ vitse-prezidenti Cey Di Vens Livandakı vəziyyətlə bağlı tərəfləri atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

Musavat.com xəbər verir ki, Vens bildirib ki, Vaşinqton həm “Hizbullah”dan, həm də İsraildən razılaşma üzrə öhdəliklərini yerinə yetirməsini gözləyir.

“Biz gözləyirik ki, “Hizbullah” israillilərə raket və dronlar atmasın. Eyni zamanda, israillilərin də Livanda özbaşınalıq etməməsini gözləyirik”, - deyə o qeyd edib.

Vens əlavə edib ki, bu cür atəşkəs razılaşmalarında bəzən problemlər yarana bilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR