İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela açıq mesaj verdi: “Enerji gücüyük və buna görə hədəf alındıq”

744 08.01.2026 18:27 Dünya A A

 

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkəsinin enerji potensialı ilə bağlı sərt və diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Rodriges Venesuelanı açıq şəkildə enerji dövləti adlandırıb və məhz bu reallığın ölkə üçün ciddi problemlər yaratdığını bildirib.

“Venesuela enerji gücüdür və bu reallıq ağır problemlərə yol açıb”, – deyə o vurğulayıb.

Rodrigesin sözlərinə görə, narkotiklər, demokratiya və insan haqları ilə bağlı səsləndirilən ittihamlar əslində yalnız bəhanə olub:

“Bu mövzular bir real məqsədə çatmaq üçün istifadə edilib – bizim neftimiz üzərində nəzarəti ələ keçirmək üçün”, – deyə Venesuela lideri qeyd edib.

Bu açıqlama Karakasın Qərblə münasibətlərində enerji faktorunun əsas gərginlik mənbəyi olduğunu bir daha ön plana çıxarıb və beynəlxalq müzakirələrə yeni impuls verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR